Vağzallarda insanların təhlükəsiz təxliyəsini təmin etmək üçün təxliyə yollarının işıqlandırılması nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
İşıqlandırma təxliyə yollarında, dəhlizlərdə, döşəmə və örtük səviyyələrinin fərqli olduğu yerlərdə və istiqamətin dəyişdiyi zonalarda yaradılmalıdır.
Keçid və dəhlizlərin kəsişmələrində, pilləkən marşlarında və təxliyə işıqlandırılması tələb olunan otaqların çıxışlarının qarşısında da işıqlandırma təmin edilməlidir.
Tibbi yardım məntəqələrinin, təcili rabitə vasitələrinin və yanğınsöndürmə vasitələrinin yerləşdiyi sahələr də işıqlandırılmalıdır.
Təxliyə planının yerləşdiyi sahə və bina və qurğunun son çıxışının xarici tərəfi də bu tələbdən istisna edilmir.
