Vağzallarda qəbul-nəzarət və yanğının idarəetmə cihazları üçün elektrik enerji xətləri ayrıca naqil və kabellərlə yerinə yetirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Yanğınsöndürmə, tüstükənarlaşdırma və xəbərdarlıq avtomat qurğularının birləşdirici xətləri də ayrıca naqil və kabellərlə çəkilməlidir.
Yanğın əleyhinə qurğuların elektrik şəbəkələrinin çəkilməsi üçün kanalətrafı qoruyucuların odadavamlılıq həddi müəyyən edilmiş normativlərə uyğun qəbul edilməlidir.
Vağzal kompleksinin fasadlarının təmiri və təmizlənməsi üçün quraşdırılan qaldırıcı qurğular yanğın bölmələrinin istifadəsi və insanların xilas edilməsi məqsədilə də nəzərdə tutulmalıdır.
Yanğın əleyhinə su təchizatı və tüstü əleyhinə mühafizə TNvəQ 2.04.09 və DTN 2.02-01 tələblərinə uyğun həyata keçirilməlidir.
