Uzunluğu 100 metrdən çox olan və arası bölünməyən tunellərin tikintisi zamanı əlavə yanğın təhlükəsizliyi tədbirləri nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Tunelin hər 100 metr uzunluğuna bir yanğın hidrantı və bir yanğın kranı quraşdırılmalıdır.
Tunellərdə televiziya nəzarəti və havalandırma sistemi ilə birgə işləyən tüstüsovurma sistemi yaradılmalıdır.
Tunellərlə onlara birləşən obyektlər arasında əlaqə odadavamlılıq həddi 0,6 saatdan az olmayan yanğına qarşı bayıra qapıları olan tambur vasitəsilə təmin edilməlidir.
Bu tələblər tunellərdə yanğın zamanı insanların təhlükəsizliyinin və xilasetmə işlərinin səmərəli təşkilinin təmin edilməsinə yönəlib.
