Binanın planlaşdırılan xidmət müddətindən az istismar müddətinə malik elementlər, detallar və avadanlıqlar dəyişdirilə bilən şəkildə layihələndirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Onların dəyişdirilməsi layihə ilə müəyyən edilən təmirlərarası müddətə uyğun həyata keçirilməlidir.
Konstruksiya və detallar nəmliyin, aşağı temperaturun, aqressiv mühitin və bioloji amillərin təsirlərinə davamlı materiallardan hazırlanmalıdır.
Bu təsirlərdən mühafizə AzDTN 2.5-1-in tələblərinə uyğun təmin edilməlidir.
Fasad şüşələri və işıqlandırma fənərlərinin təmizlənməsi və texniki xidməti üçün xüsusi bərkidici və yönəldici konstruksiyalar nəzərdə tutulmalıdır.
