Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin ərazi orqanları üçün vağzallarda xidməti otaqlar layihə tapşırığı əsasında nəzərdə tutulur.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Xidməti otaqlar gözləmə zalına bitişik yerləşdirilməli və perrona çıxışla layihələndirilməlidir.
Danışıq və sərnişin-polis rabitə qurğuları layihə tapşırığına uyğun videomüşahidə sistemləri ilə təchiz edilməlidir.
Nəqliyyat təhlükəsizliyini idarə edən əməkdaşlar, fiziki şəxslərin yoxlanılması və texniki vasitələrin idarə edilməsi üçün ayrıca sahələr və otaqlar yaradılmalıdır.
Vağzallarda hərbi komendantlığın yerləşdirilməsi üçün də layihə tapşırığına uyğun otaqlar nəzərdə tutulmalıdır.
