Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının forması qanunla müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Bu orqanların normativ hüquqi aktları qərar formasında qəbul edilir.
Onların qəbul etdiyi təlimatlar, əsasnamələr, nizamnamələr və qaydalar da qərarlarla təsdiqlənir.
Beləliklə, normativ sənədlərin vahid rəsmiləşdirilmə qaydası müəyyən edilir.