Normativ hüquqi aktlarda digər hüquqi sənədlərə istinad edilməsi qaydası müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Zəruri hallarda eyni və ya daha yüksək hüquqi qüvvəyə malik aktların müddəalarına istinad edilə bilər.
Daha yüksək hüquqi qüvvəyə malik aktların bəzi müddəalarının təkrarlanmasına da icazə verilir.
Bu zaman normaya düzgün istinad edilməli və onun məzmunu dəyişdirilməməlidir.
