Normativ hüquqi aktlarda digər sənədlərin müddəalarının təkrarlanmasına dair əlavə tələb müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Təkrarlanan norma müvafiq hüquqi sənədə istinad edilməklə təqdim olunmalıdır.
Norma dürüst ifadə edilməli və onun hüquqi mənası dəyişdirilməməlidir.
Bu qayda normativ hüquqi aktların hüquqi dəqiqliyini qorumağa xidmət edir.