Normayaratma prosesi müəyyən olunmuş prosedura uyğun olaraq beş əsas mərhələdə həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
İlk mərhələ normayaratma fəaliyyətinin planlaşdırılması, ikinci mərhələ isə normayaratma təşəbbüsü və normativ hüquqi akt layihəsinin hazırlanmasıdır.
Sonrakı mərhələlərə normativ hüquqi aktın qəbul edilməsi və onun Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi daxildir.
Son mərhələdə normativ hüquqi akt dərc edilir.