Braziliya hakimiyyəti azyaşlı istifadəçilərin şəxsi məlumatlarının işlənməsi zamanı yol verilən pozuntulara görə TikTok-un sahibi ByteDance şirkətini cərimələyib.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, cərimənin miqdarı 30 milyon dollar məbləğində cərimə tətbiq edib.
Bundan başqa, dövlət qurumu qanun pozuntusu ilə toplanmış məlumatların silinməsini tələb edib. Şirkətə həmçinin platformada uşaqların müdafiəsinin gücləndirilməsi ilə bağlı plan təqdim etmək tapşırılıb.
Nəzarət qurumu müəyyən edib ki, TikTok azyaşlıların məlumatlarını bunun üçün qanuni əsas olmadan işləyib və belə halların qarşısını almaq üçün kifayət qədər tədbir görməyib. Bununla da Braziliyanın məlumatların qorunması haqqında qanununun tələbləri pozulub.
