Bakıda mənzildən 19 yaşlı oğlanın meyiti tapılıb.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən saat 20 radələrində Nizami rayonu Özbəkistan küçəsində baş verib. 2007-ci il təvəllüdlü Elnur Elşən oğlu Əliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti mənzildə aşkar edilib. Onun elektrik cərəyanı vurması nəticəsində ölməsi məlum olub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.