Qanunda dəyişikliklər edilməsi haqqında qanun layihələrinə müqayisəli cədvəl əlavə olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Cədvəldə maddənin və ya qanunun digər struktur elementinin mövcud redaksiyası göstərilməlidir.
Həmçinin layihə ilə qanuna təklif edilən dəyişikliklər nəzərə alınmaqla həmin struktur elementinin yeni redaksiyası təqdim edilir.
Bu qayda qanunvericiliyə təklif olunan dəyişikliklərin əvvəlki və yeni redaksiyalar üzrə müqayisəsini asanlaşdırır.