Prezidentin və ya Nazirlər Kabinetinin aktlarında başqa hal nəzərdə tutulmadıqda, normativ hüquqi akt layihəsinin razılaşdırılması ən geci 60 gün ərzində həyata keçirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Müddət layihənin müəyyən olunmuş qaydada dövlət orqanı tərəfindən alındığı gündən hesablanır.
Layihə razılaşdırıldıqdan sonra ən geci 7 gün ərzində vizalanmalıdır, əks halda layihə vizalanmış hesab olunur.
Bu müddətlər layihələrin razılaşdırılması prosesinin lüzumsuz şəkildə uzadılmasının qarşısının alınmasına yönəlib.