Normativ hüquqi aktların layihələrinin hazırlanması planlı əsasda həyata keçirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Layihələrin hazırlanmasının planlaşdırılmasına normayaratma orqanları tərəfindən dövlət proqramlarının təsdiq edilməsi daxildir.
Həmçinin qanun layihələrinin hazırlanmasının illik planları və normativ hüquqi akt layihələrinin hazırlanmasının digər planları təsdiq edilir.
Bu mexanizm normayaratma fəaliyyətinin əvvəlcədən müəyyən edilmiş proqram və planlar əsasında həyata keçirilməsini təmin edir.