Normativ hüquqi aktların əsas struktur elementlərinin tərtib qaydası müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Bölmələr rum, fəsillər və maddələr isə ərəb rəqəmləri ilə nömrələnəcək.
Maddələr tamamlanmış normativ müddəanı əks etdirməli və mahiyyətini ifadə edən ada malik olmalıdır.
Dəyişiklikləri nəzərdə tutan qanunların maddələrinə isə ayrıca ad verilmir.
