Normativ hüquqi aktların preambulası ilə bağlı qayda müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Preambula aktın qəbul edilməsinin səbəblərini, məqsədlərini və şərtlərini əks etdirir.
Bu hissəyə normativ göstərişlərin daxil edilməsinə yol verilmir.
Beləliklə, preambula yalnız izahlı giriş funksiyasını daşıyacaq.