Dövlət orqanının bölünməsi və ya ayrılması zamanı xüsusi qaydalar tətbiq ediləcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Yenidən təşkiletmə haqqında qərarda səlahiyyətlərin bölgüsü aydın göstərilməlidir.
Qərar normativ hüquqi aktların hansı orqanlara və hansı həcmdə aid olacağını müəyyən etməlidir.
Bölünmə və ya ayrılma barədə qərarı qəbul edən orqan üç ay ərzində bütün zəruri dəyişikliklərin edilməsini təmin etməlidir.