Qanunda qeyri-normativ hüquqi aktların növləri də göstərilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Bunlara Milli Məclisin qərarları, Prezidentin sərəncamları və Nazirlər Kabinetinin sərəncamları daxildir.
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirən orqanların aktları da bu kateqoriyaya aid edilir.
Qanunda həmçinin qeyri-normativ hesab edilən digər hüquqi aktların da bu siyahıya daxil olduğu qeyd olunub.
