Normayaratma prosesi, texnikası və aktların açıqlanması qaydaları da müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Normayaratma prosesi aktların hazırlanması, qəbulu və qüvvəyə minməsini əhatə edir.
Normativ hüquqi aktlar rəsmi nəşrlərdə dərc edilir və digər kommunikasiya vasitələri ilə ictimaiyyətə çatdırılır.
Qanunda həmçinin lokal normativ hüquqi akt anlayışı da öz əksini tapıb.