Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının tərtibinə dair tələb müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Qəbul olunan aktda onun hüquqi əsası olan normativ sənəd göstərilməlidir.
Həmçinin həmin aktın hansı hüquqi sənədin icrası məqsədilə qəbul edildiyi qeyd olunmalıdır.
Bu qayda normativ hüquqi aktların hüquqi əsaslarının aydın şəkildə müəyyən edilməsinə xidmət edir.