Qanunda hüququn və qanunun analogiyasının tətbiq olunmadığı hallar sadalanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Qanunvericilikdə boşluq yalnız zahiri xarakter daşıdıqda analogiya tətbiq edilmir.
Normativ tənzimləməyə ehtiyac olmadıqda və ya belə tənzimləmə qanunla qadağan edildikdə də bu mümkün deyil.
Mövcud normativ tənzimləmə olduğu hallarda da hüququn və qanunun analogiyasından istifadə olunmur.