Dövlət sərhəd-keçid məntəqələrində sanitariya-karantin nəzarətinin təşkili üçün vağzal binalarında xüsusi yerlər nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Bu yerlərə sanitariya-nəzarət məntəqəsi, sərhəd-karantin postu və sanitariya dayanacağı və ya sanitariya meydançası daxildir.
Sanitariya nəzarət məntəqəsində və ya sərhəd sanitar-karantin postunda rəis və tibb işçiləri üçün otaqlar, həmçinin yardımçı sahələr yaradılmalıdır.
Vağzallarda gömrük-keçid məntəqələrinin yerləşdirilməsi layihə tapşırığı ilə müəyyən edilir.
Sərnişinlərin əl yüklərinin yoxlanılması məntəqələri beynəlxalq və şəhərlərarası, sürətli və yüksək sürətli qatarların texnoloji xətlərinə yaxın yerləşdirilməlidir.