Vağzal binalarının və tikinti konstruksiyalarının yanğına davamlılığı və yanğın təhlükəsizliyi müəyyən edilmiş normativlərə uyğun təmin edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Yanğının yayılmasının qarşısının alınması, insanların təxliyəsi, mühəndis sistemlərinin və avadanlıqların yanğın təhlükəsizliyi üçün müvafiq tələblər yerinə yetirilməlidir.
Hündürlüyü 18 metr və daha çox olan vağzal binalarına yanğınsöndürən maşınların hər tərəfdən yanaşması təmin edilməlidir.
Hündürlüyü 18 metrdən az olan binalara isə yanğınsöndürən maşınların bir tərəfdən yanaşmasına yol verilir və dəmiryolları yanğınsöndürən qatarların girişləri də nəzərdə tutula bilər.
Təxliyə zamanı vağzal ərazisində bir nəfər üçün ən azı 0,25 kvadratmetr, təkərli oturacaqdan istifadə edən əlilliyi olan şəxslər üçün isə 2,25 kvadratmetr sahə hesablanmalı, eyni zamanda ziyarətçilərin sayının ən azı 1 faizi nəzərə alınmalıdır.
