Vağzal binalarının avtomatik yanğınsöndürmə qurğuları və avtomatik yanğın siqnalları ilə mühafizəsi qanunvericiliyin tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Yanğınsöndürmə və siqnalizasiya sistemlərinin seçilməsi və tətbiqi “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun aparılmalıdır.
Vağzalın funksional və konstruktiv xüsusiyyətləri nəzərə alınmaqla yanğının yayılmasının qarşısını alan tədbirlər görülməlidir.
Təxliyənin idarə edilməsi və insanların yanğının təhlükəli amillərindən qorunması da layihədə təmin edilməlidir.
Bununla vağzal kompleksində yanğın zamanı insanların vaxtında xəbərdar edilməsi, təxliyəsi və təhlükəsizliyinin təmin olunması məqsədi güdülür.