Vağzal binalarında yanğın xəbərdaredici sistemlər TNvəQ 2.04.09-un tələblərinə uyğun nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Vağzal binaları avtomatik yanğın siqnalı məlumatlarının yanğınsöndürmə xidməti bölməsinə çatdırılması üçün xüsusi məlumatötürmə kanalı ilə təchiz edilməlidir.
Yanğından mühafizə sistemlərinin idarə edilməsi yanğının yaranma yerindən asılı olaraq müxtəlif işə salınma variantlarını təmin etməlidir.
Bu sistemlər həm avtomatik, həm də yanğınsöndürmənin mühafizə sisteminin mərkəzi idarəetmə məntəqəsindən işə salına bilməlidir.
Vağzal kompleksində nəzərdə tutulan avtomobil duracaqları isə TNvəQ 2.08.02, AzDTN 2.7-1*, TNvəQ 2.04.09 və DTN 2.02-01-in tələblərinə uyğun layihələndirilməlidir.