Vağzallarda əsas işçi işıqlandırmanın elektrik təchizatında fasilə yarandıqda qəza işıqlandırmasının avtomatik işə düşməsi təmin edilməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb. Təxliyə yollarında, tibbi yardım məntəqələrinin, yanğınsöndürmə vasitələrinin və çıxışların qarşısında xüsusi işıqlandırma nəzərdə tutulmalıdır. Eni 2 metrədək olan təxliyə yollarında keçidin oxu üzrə döşəmədə işıqlandırma ən azı 1 lüks olmalıdır. Yüksək təhlükəli zonalarda işıqlandırma səviyyəsi ən azı 15 lüks və ya ümumi işçi işıqlandırmanın 10 faizi səviyyəsində qəbul edilməlidir. Ehtiyat işıqlandırma isə ümumi işçi işıqlandırma normasının ən azı 30 faizi səviyyəsində təmin olunmalıdır.
