Vağzal komplekslərində nəqliyyat təhlükəsizliyinin təmin edilməsi üçün xüsusi zonalar və nəzarət məntəqələri nəzərdə tutulmalıdır. Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb. Nəqliyyat təhlükəsizliyi zonaları sərbəst giriş, daşınma və texnoloji sektorlara bölünür. Bu zonaların sərhədlərində nəzarət-buraxılış məntəqələri, sərnişinlərin yoxlanılması postları və baxış obyektləri yerləşdirilməlidir. Yoxlama məntəqələrində əl yüklərinin rentgen nəzarəti, stasionar metal detektorlar, partlayıcı maddələrin izlərini aşkar edən aparatlar və radiasiya nəzarəti sistemlərindən istifadə nəzərdə tutulur. Vağzal komplekslərinin layihələndirilməsi zamanı silahların, partlayıcı və təhlükəli maddələrin binaya daxil olmasının qarşısını alan texniki vasitələrlə təchiz edilmiş nəzarət zonaları və heyətin yoxlanılması zonası yaradılmalıdır.