Vağzal binalarında təxliyə yolları sərnişinlərin istiqaməti asan müəyyən edə bilməsi üçün layihələndirilməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb. Keçidlər, konkorslar və piyada tunellərində hərəkət yolunun görünməsi təmin edilməlidir. Təxliyə yollarında iti bucaq altında döngələrin yaradılmasına yol verilməməlidir. Bu ərazilərdə təhlükəsizlik nişanları və piktoqramların yerləşdirilməsi sərnişinlərin düzgün istiqamətləndirilməsinə kömək etməlidir. Layihələndirmə zamanı təhlükəsiz hərəkət və fövqəladə hallarda insanların sürətli təxliyəsi əsas şərtlərdən biri kimi nəzərə alınmalıdır.