Silahlı Qüvvələrdə hərbi qulluqçuların tutmalı olduqları vəzifələr ştatlarda müəyyən edilir. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb. Vəzifələrə uyğun hərbi rütbələr də həmin ştatlarda nəzərdə tutulur. Ali zabitlərin tutmalı olduqları vəzifələrin vahid siyahısını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Digər hərbi qulluqçu heyətinin vəzifə siyahılarının təsdiqi də müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid edilir.
