Polad Bülbüloğlunun üçüncü dəfə ailə qurması ilə bağlı yayılan məlumatlar sənətçinin təkzibindən sonra da müzakirə olunur.rg saytının baş redaktoru Pərviz Həşimli Polad Bülbüloğlunun təkzibinə münasibət bildirib.

“Xəbər yalandırsa, Polad Bülbüloğlu dünən nədən təkzib etmədi? Sualı qəbul etdi, susdu. Biz saatlarla gözlədik. Bugün səhər başqa bir həmkarımıza deyir ki, bu söhbət uzanmasın. Yazmayın heç nə… Daha bir arqument: Hazırda Türkiyədə yeni arvadı ilə gedib. Ortada əmlak söhbətindən tutmuş, eks xanımının Polad haqqında yaxınlarına yazdığı mesajlar da var… Xəbər doğrudur! Polad müəllim həyatındakı yeni qadınıyla çox xoşbəxtdir…
Xəbəri sevincək təkzib etməyə çalışanlar, bir zəhmət, soruşun ki, bu xanım sizlə hazırda Bodrumda hansı statusda dincəlir?”, – Pərviz Həşimli əlavə edib.