Dinc dövrdə zabitlərin attestasiyası, bir qayda olaraq, dörd ildə bir dəfə keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb.
Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bütün hərbi qulluqçuların və ya ayrı-ayrı kateqoriyaların attestasiyası başqa müddətlərdə də keçirilə bilər.
İlk zabit rütbəsi alan və ya ehtiyatdan könüllü həqiqi hərbi xidmətə qəbul edilən zabitlər bir ildən tez attestasiya edilə bilməzlər.
Ehtiyatdan 1 il 6 ay müddətinə həqiqi hərbi xidmətə çağırılmış zabitlər isə kadr zabit heyətinə daxil edilərkən attestasiyadan keçirilirlər.