Hərbi qulluqçuların başqa hərbi hissəyə keçirilməsi zamanı səhhət, ailə vəziyyəti, xidməti müddət və təşkilati dəyişikliklər nəzərə alınır.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb.
Həmçinin həyat yoldaşının yeni xidmət yerinə keçirilməsi hərbi qulluqçunun yerdəyişməsinə əsas verə bilər.
Müvafiq hallarda dövlət orqanlarının təhlükəsizliklə bağlı qərarları da xidmət yerinin dəyişdirilməsinə səbəb olur.
Qaydalar hərbi qulluqçuların xidmətinin həm xidməti zərurətlərə, həm də qanunvericiliklə nəzərdə tutulan şəxsi və ailə amillərinə uyğun təşkilini təmin edir.
