Hərbi qulluqçuların xidmət üzrə yerdəyişməsi yuxarı vəzifələrə irəli çəkilmə və xidməti zərurət kimi hallarla əlaqədar həyata keçirilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb.
Bərabər vəzifələrə keçirilmə xidməti zərurət, planlı əvəzetmə və hərbi qulluqçulardan daha məqsədəuyğun istifadə məqsədilə aparıla bilər.
Təhsil müəssisəsinə daxil olmaq və təhsili başa vurmaq da xidmət yerinin dəyişdirilməsinə əsas yaradır.
Hərbi qulluqçunun xidmət yerinin dəyişdirilməsi barədə qərar onun birbaşa rəislərinin fikri nəzərə alınmaqla müvafiq komandir və ya rəis tərəfindən qəbul edilir.