Hərbi qulluqçuların xidmət üzrə yerdəyişməsi zamanı onların sağlamlıq vəziyyəti və xidmətə yararlılıq dərəcəsi əsas meyarlardan biri kimi nəzərə alınır. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb. Hərbi-həkim komissiyasının rəyi əsasında xidmət yerinin dəyişdirilməsinin zəruriliyi müəyyən edilə bilər. Bu qaydalar həm hərbi qulluqçunun, həm də müəyyən hallarda onun ailə üzvlərinin sağlamlıq vəziyyətinin xidmət şəraitinə uyğunlaşdırılmasını nəzərdə tutur. Səhhətinə görə hərbi xidmətə yararsız hesab edilən şəxslərin isə ehtiyata və ya istefaya göndərilməsi üçün müvafiq təqdimat verilir.
