Ali Məhkəmə hakimlərinin və aparat işçilərinin ixtisasının artırılması istiqamətində iş təşkil edir. Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, məhkəmə statistikasının təhlili, məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi işi də təşkil edilir. Qanunvericilik aktlarının düzgün tətbiq olunması üçün məhkəmələrə metodik kömək göstərilir. Həmçinin şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmənin işinin təşkili təmin edilir. Ali Məhkəmə qanunvericiliklə ona aid edilmiş digər səlahiyyətləri də həyata keçirir.
