Hakimlərin müstəqilliyi Konstitusiya və qanunlarla təmin olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Hakimlər səlahiyyətləri dövründə siyasətsiz, dəyişilməz və toxunulmaz olmalıdırlar.
Məhkəmə hakimiyyətinin müstəqil fəaliyyətinə və ədalət mühakiməsinin həyata keçirilməsinə müdaxilə yolverilməzdir.
Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.
Hakimin fəaliyyətinə kənar müdaxilə olduqda o, bu barədə Məhkəmə-Hüquq Şurasına müraciət etməlidir.