Hakim vəzifəsinə təyin olunan şəxslər ilk dəfə üç il müddətinə təyin olunurlar.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Hakimlər təyin olunduqdan dərhal sonra peşə hazırlığı məqsədilə müvafiq tədris-elm müəssisəsində təlimə cəlb edilirlər.
Üç illik müddətin sonunda hakimlərin fəaliyyəti qiymətləndirilir.
Peşəkar çatışmazlıq aşkar edilmədikdə hakimin səlahiyyətləri son yaş həddinədək uzadılır.
Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrinin hakimləri üçün isə 66 yaş müəyyən edilir.
