Məhkəmə-Hüquq Şurası məhkəmə sisteminin təşkilini və hakimlərin müstəqilliyinin təmin edilməsini həyata keçirən orqandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Şura hakim vəzifəsinə namizədlərin seçilməsini təşkil edir və hakimlərin fəaliyyətini qiymətləndirir.
Həmçinin hakimlərin iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi və intizam məsuliyyətinə cəlb edilməsi ilə bağlı məsələləri həll edir.
Məhkəmə-Hüquq Şurasının təşkili və səlahiyyətləri ayrıca qanunla da müəyyən olunur.
Şura məhkəmələr və hakimlərlə bağlı digər məsələləri də öz səlahiyyətləri çərçivəsində həll edir.