Məhkəmələrin aparatları təşkil edilərkən hər hakim üçün məhkəmə katibi və köməkçi nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Məhkəmələrdə dəftərxana, kitabxana, arxiv və təsərrüfat xidməti fəaliyyət göstərməlidir.
Həmçinin şəxslərin qəbulu, qanunvericiliyin sistemləşdirilməsi və kodifikasiyası ilə məşğul olan məsləhətçilər olmalıdır.
Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının aparılması da aparatların funksiyalarına daxildir.
Bundan başqa, kargüzarlığın, məhkəmə qərarlarının və yuxarı instansiya məhkəmələrinin qərarlarının uçotunun aparılması təmin edilməlidir.
