Ali Məhkəmənin sədri hakimlərin və aparat işçilərinin ixtisasının artırılması işini təşkil edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Sədr məhkəmə statistikasının təhlili, məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi işini də təşkil edir.
O, qanunvericilik aktlarının düzgün tətbiqi üçün məhkəmələrə metodik kömək göstərilməsini təmin edir.
Şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmənin işi də sədr tərəfindən təşkil edilir.
Sədr qanunvericiliklə ona aid edilmiş digər səlahiyyətləri də həyata keçirir.
