Ali Məhkəmənin Plenumu üç ayda bir dəfədən az olmayaraq çağırılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Ali Məhkəmənin sədri Plenumun iclaslarına sədrlik edir.
İclaslarda apellyasiya məhkəmələrinin sədrləri, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri, Baş prokuror və Ədliyyə Nazirliyinin rəhbəri iştirak edirlər.
Əlavə kassasiya, habelə hüquq və azadlıqların pozulması ilə bağlı yeni və ya yeni açılmış hallar üzrə işlərə baxılarkən müdafiə tərəfin iştirakı təmin edilir.
Plenumun iclaslarına digər şəxslər də dəvət oluna bilər.
