Sığorta fəaliyyəti sığortaçının əsas fəaliyyət növü, müstəsna olaraq təkrarsığorta fəaliyyəti isə təkrarsığortaçının əsas fəaliyyət növü hesab olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Qanunun müəyyən etdiyi halda sığortaçı təkrarsığorta fəaliyyəti də həyata keçirə bilər.
Sığortaçı və təkrarsığortaçı əsas fəaliyyətlərindən başqa yalnız qanunda sadalanan fəaliyyət növləri ilə məşğul ola bilərlər.
Bu məhdudiyyətlər sığorta şirkətlərinin fəaliyyət istiqamətlərinin hüquqi çərçivədə saxlanılmasına xidmət edir.
