Sığortaçının adı Azərbaycan dilində müəyyən edilməli və onun adında məna ifadə etməyən sözlərdən istifadə olunmamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Sığortaçı lövhələrdə, blanklarda, möhürlərdə, rəsmi sənədlərdə, reklamlarda və elanlarda nizamnaməsində müəyyən edilmiş tam və ya qısaldılmış addan istifadə etməlidir.
Sığortaçının tam adında “sığorta” sözünün olması məcburidir.
Müstəsna olaraq həyat sığortası ilə məşğul olan şirkətin adında “həyat”, yalnız təkrarsığorta fəaliyyəti göstərən şirkətin adında isə “təkrarsığorta” sözü olmalıdır.