Sığorta bazarının peşəkar iştirakçıları fəaliyyətləri nəticəsində əldə etdikləri sığorta sirri hesab edilən məlumatları qorumalıdırlar.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Belə məlumatlar yalnız sığorta sirrinin aid olduğu şəxsin yazılı razılığı olduqda açıqlana bilər.
Təkrarsığorta və ya şərikli sığorta müqaviləsinin bağlanması məqsədilə məlumatların müqavilənin digər tərəfinə və sığorta brokerinə verilməsinə də icazə verilir.
Bununla yanaşı, qanun sığorta sirrinin açıqlana biləcəyi digər xüsusi halları da müəyyən edir.
