Azərbaycan Respublikasının sığorta qanunvericiliyi Konstitusiya, Mülki Məcəllə, Mərkəzi Bank haqqında qanun, “Sığorta fəaliyyəti haqqında” qanun və digər normativ hüquqi aktlardan ibarətdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Sığorta qanunvericiliyinə həmçinin icbari sığorta qanunları və Azərbaycanın tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilələr daxildir.
Mərkəzi Bank qanunda nəzərdə tutulan hallarda sığorta bazarının tənzimlənməsi üzrə normativ xarakterli aktlar qəbul etmək səlahiyyətinə malikdir.
İcbari sığorta münasibətləri isə xüsusi hallar istisna olmaqla, bu Qanun və Mülki Məcəllə ilə tənzimlənir.
