Sığortaçının filial və nümayəndəliklərinin açılması və ya ləğvi barədə qərarları Səhmdarların Ümumi Yığıncağı qəbul edir. Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb. Yığıncaq bu struktur bölmələrin əsasnamələrini də təsdiq edir. Bununla yanaşı, qərarlar sığortaçının xaricdə filial və nümayəndəlik açması ilə bağlı qanunvericiliyin tələbləri nəzərə alınmaqla qəbul edilməlidir. Müvafiq səlahiyyətlər müəyyən hallarda Direktorlar Şurasına da verilə bilər.
