Mərkəzi Bank sığortaçıda mühüm iştirak payına və ya əhəmiyyətli nəzarətə malik olmaq istəyən şəxsin müraciətinə razılıq verilməsi və ya imtina edilməsi barədə qərar qəbul edir. Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, müraciət edən müəyyən edilmiş tələblərə cavab verdikdə Mərkəzi Bank onun mühüm iştirak payına və ya əhəmiyyətli nəzarətə malik olmasına razılıq verir. Tələblərə uyğunluq olmadıqda isə razılıqdan imtina barədə əsaslandırılmış qərar qəbul edilir. Bu mexanizm sığortaçıların kapitalında nəzarət imkanlarının əldə edilməsinə prudensial yanaşmanı təmin edir.