Sığortaçı və təkrarsığortaçı əsas fəaliyyətlərindən başqa yalnız qanunla müəyyən edilən fəaliyyət növləri ilə məşğul ola bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Bu fəaliyyətlərə sığorta bazarının peşəkar iştirakçıları üçün təlimlərin təşkili, sığorta ilə bağlı xüsusi ədəbiyyatın hazırlanması və satışı daxildir.
Həmçinin sığorta ilə bağlı xüsusi proqram təminatının hazırlanması və satışı, məsləhət və hüquqi ekspertiza xidmətlərinin göstərilməsi mümkündür.
Sığorta risklərinin qiymətləndirilməsi, sığorta hadisələrinin araşdırılması və zərərlərin tənzimlənməsi üzrə hüquqi, texniki və təşkilati yardım da bu fəaliyyətlərə aid edilib.