Həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan sığortaçılar, təkrarsığortaçılar və sığorta vasitəçiləri cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə tədbirlərinə əməl etməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Onlar monitorinq olunmalı əməliyyatlarla bağlı məlumat və sənədləri maliyyə monitorinqi orqanına təqdim etməli, daxili nəzarət proqramı hazırlamalı və tətbiq etməlidirlər.
Bu tələblər sığorta sektorunda maliyyə şəffaflığının və risklərin idarə olunmasının gücləndirilməsinə yönəlib.
Sığortaçılar müştərilərə münasibətdə qanunla müəyyən edilmiş müştəri uyğunluğu tədbirlərini də həyata keçirməlidirlər.
Məlumatların saxlanılması və maliyyə monitorinqi üzrə digər tələblər isə müvafiq qanunvericilik və normativ aktlarla müəyyən edilir.
