Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası üçüncü şəxslərə vurulan zərərin əvəzinin ödənilməsini nəzərdə tutur.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Sığorta sığortalının özü və ya onun etibar etdiyi şəxsin sığortalanmış avtomobildən istifadəsi zamanı yaranan məsuliyyətə şamil olunur.
Dəymiş zərərin tam və ya qismən ödənilməsi sığorta ödənişi hesabına həyata keçirilə bilər.
Bu sığorta əmlak sığortasına aid mülki məsuliyyət siniflərindən biridir.